Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir

Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir
Gürcüstanın paytaxtı Tbilisidə tanınmış gürcü incəsənət xadimi Vaxtanq (Buba) Kikabidze ilə vida mərasimi keçirilir.
APA xəbər verir ki, Kaşveti kilsəsində keçirilən mərasimində mərhumun yaxınları, gürcü incəsənət xadimləri, müğənnilər, aktyorlar, siyasətçilər və digər ictimaiyyət nümayəndələri iştirak edir. 
Vaxtanq Kikabidzenin cənazəsi Gürcüsttan bayrağı ilə yanaşı, Ukrayna bayrağına bürünüb.
Vida mərasimi yanvarın 18-də də davam edəcək.
Yanvarın 19-da isə Vaxtanq Kikabidzenin cənazəsi Tbilisidə Böyük Konsert Zalından çıxarılaraq dəfn ediləcək.
Qeyd edək ki, müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq (Buba) Kikabidze yanvarın 15-də 84 yaşında vəfat edib.
Gundelik-Baku.Org