Bakı metrosunda qatar tuneldə qaldı

Bakı metrosunda qatar tuneldə qaldı
Bakıda metroda qatarda problem yaranıb.
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə "Xətai"-"Cəfər Cabbarlı" mənzilində baş verib.
Maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb. Masşinist qatarı dərhal saxlayıb, texniki baxış olub. Bu səbəbdən qatar 3 dəqiqə tuneldə qalıb. Daha sonra qatar təyin olunmuş zonaya çıxarılıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin olunub".
Gundelik-Baku.Org