Əl və ayaqların üşüməsinin səbəbləri AÇIQLANDI

Əl və ayaqların üşüməsinin səbəbləri AÇIQLANDI
Rusiyalı nevroloq Ayset Yunusova əl və ayaqların daim donmasının səbəbini izah edib.
Xarici KİV xəbər verir ki, əl və ayaqların üşüməsi dəmir çatışmazlığından irəli gəlir.
Nevroloqun sözlərinə görə, bu problem ilin demək olar ki, istənilən vaxtında davam edə bilər.
O bildirib ki, dəmir çatışmazlığı anemiyası öz növbəsində, digər orqanların patologiyaları ilə əlaqələndirilə bilər:
"Həddindən artıq soyuqluğun və soyuğa qarşı həssaslığın başqa bir səbəbi endokrin xəstəliklər ola bilər. Tez-tez üşümək hissi tiroid bezi ilə bağlı problemləri göstərir. Bu patologiya həm də dərinin solğunluğu ilə də özünü göstərir”.
Gundelik-Baku.Org