Krımda tatarlar Rusiya ordusuna cəlb olunur

Krımda tatarlar Rusiya ordusuna cəlb olunur
Rusiya sentyabrın 21-dən etibarən qismən səfərbərlik kampaniyası aparır və ilhaq olunan Krımda vətəndaşlar döyüşlərə yardım etməyə çağırılır. Ancaq insan hüquqları üzrə ekspertlər deyir ki, ən çox yerli Krım tatarları döyüşlərə cəlb olunurlar.
Krımın Rusiya tərəfdarı liderləri deyir ki, Rusiyanın ilhaq olunan yarımadada elan etdiyi qismən səfərbərlik artıq başa çatıb.
Ancaq adının anonim qalması şərtilə danışan yerli Krım tatarlarını dəstəkləyən bir insan hüquqları müdafiəçisi deyir ki, insanlar hələ də hərbi xidmətə çağırış haqqına bildirişlər almağa davam edirlər.
“Mənə deyilənə görə, insanların evlərinə çağırış vərəqələri gəlir. İnsalar başa düşür ki, qapılarını çalan hər kəs dost deyil, ona görə də hər kəs qapısını açmır. Amma rəsmilər oyun oynayırlar, birinin yardıma ehtiyacının olduğunu deyirlər, qapı açılan kimi də onlara çağırışı verilirlər,” o deyir.
Ukrayna Prezidenti Volodimir Zelenski də bunu təsdiqləyir.
“İşğal olunan Krımda vəziyyət faciəvidir. Krım tatarlarının hərbi xidmətə çağırılması ilə bağlı məlumatlar tam təsdiqlənib. Orada çağırış vərəqələrinin əksəriyyəti Krım tatarları üçün nəzərdə tutulub,” Zelenski deyib.
İnsan hüquqları müdafiəçiləri insanları çağırışlara məhəl qoymamağa, hərbi kommissarlıqlara getməməyə və, mümkündürsə, hərəkət etməməyə çağırırlar.
“Rusiya hərbi komissarlıqlarının qurbanı olmamaq üçün ən yaxşısı ictimai toplantılardan uzaq durmaqdır,” Krım Tatarlarının Resurs Mərkəzindən Serhiy Parxomenko deyir.
Bir çox Krım tatarı, hələ ki, imkanları olduğu halda yarımadanı tərk etməyə çalışır.
“18-50 yaşlı kişilərdən bəziləri getməyə çalışırdı. Pulu və xaricdə tanışları olanlar ya Gürcüstan, ya da Qazaxıstandan xaricə getməyə çalışdı,” insan hüquqları müdafiəçisi deyir.
Krım Tatarlarının Resurs Mərkəzinin işçiləri Rusiyanın elan etdiyi qismən səfərbərliyin yarımadada Krım tatarlarının müqavimət hərəkatını məhv etməyin bir yolu olduğuna inanır.
“Onlar [Rusiya] krım tatarlarını Ukraynanın əli ilə məhv etmək istəyirlər. Bu, onlar üçün ən rahat yoldur. Onları cəbhə xəttinə, ən təhlükəli yerlərə göndərəcəklər,” Serhiy Parxomenko bildirir.
Krımda neçə nəfərin orduya çağırıldığı bəlli deyil. Ancaq beynəlxalq insan hüquqları müdafiəçiləri orduya çağırılmağın qanunsuz olduğunu təkid edir.
“Rusiya Cenevrə konvensiyalarını riayət etməyə məcburdur. Və o qaydalar arasında işğalçı dövlətin işğal etdiyi ərazilərdə insanları hərbi xidmətə çağırmasına icazə verilməməsi də var,” Human Rights Watch təşkilatının direktor müavini Reyçel Denber deyir.
“Human Rights Watch”un nümayəndələri və başqa qruplar deyir ki, onlar bunu və Rusiyanın digər mümkün müharibə cinayətlərini sənədləşdirilər.
Amerikanın Səsi

Gundelik-Baku.Org