Hadisenin Rezanın yanına gediş bileti yayıldı

Hadisenin Rezanın yanına gediş bileti yayıldı
Müğənni Hadise və Cənubi azərbaycanlı iş adamı Reza Zarrabla bağlı daha bir fakt məlum olub.
Hadisenin 2019-cu ildəki Mayamiyə gediş bileti “Beyaz magazin” verilişində təqdim olunub.
Belə ki, sənətçi Britaniya hava yolları ilə İngiltərədən Mayamiyə uçub. İfaçının uzun müddətdir orada yaşayan iş adamının yanına gedib-gəldiyi iddia olunub. Məlumata görə, 4 dəfə belə gediş olub. Bu uçuşun isə 2019-un 29 oktyabrına aid olduğu və pop ulduzun bir neçə ay orada qaldığı bildirilib.
Aparıcı Bilal Özcan biletin fotoşop olmadığını, hətta bunun biznes klassdan bir az ucuz olduğunu deyib. Özcan həmçinin “Reza Hadiseyə bunu layiq görmüş”, - deyə, vurğulayıb.
Qeyd edək ki, Reza həmin dövrdə Ebru Gündeşlə evli olub.
Gundelik-Baku.Org