Hoakin Feniks və Ledi Qaqanın iştirakı ilə “Coker” filminin davamı çəkilir

Hoakin Feniks və Ledi Qaqanın iştirakı ilə “Coker” filminin davamı çəkilir
Rejissor Todd Fillips “Instagram”da “Joker: Madness for Two” filminin çəkilişlərinin başlanması ilə bağlı paylaşım edib.
O, müvafiq şəkli sosial şəbəkə səhifəsində yerləşdirib.
Şəkildə Feniksin qəhrəmanı Artur Flek görünür. O, ruhi xəstəxananın əməkdaşı tərəfindən təraş olunur.
Filmdə Harli Qvinin obrazını Ledi Qaqa oynayacaq.
Ekran əsəri 4 oktyabr 2024-cü ildə prokata çıxacaq.
Mənbə: kanobu.ru
Gundelik-Baku.Org