“Gənclərimiz sənətə görə ailəsini dağıdır”

“Gənclərimiz sənətə görə ailəsini dağıdır”
“Həmişə deyəndə ki, Rafael Dadaşovu, Rasim Balayevi sevirəm. Buna başqa cür başlıq qoyurdular ki, Nahidə Orucovanın Rasim Balayeva, Rafael Dadaşova sevgisi. Mən onları bir obraz, aktyor kimi sevirdim. Məsələn, Rasim Balayevi Nəsimi, Babək kimi, Rafael Dadaşovu başqa bir obrazı ilə sevirdim. Nə yaxşı ki, onlarla tərəf müqabili də olmuşam”.
Bu sözləri “MTV Magazin”ə açıqlamasında Əməkdar artist Nahidə Orucova deyib. O, həm də həyat yoldaşından ayrılmasından da danışıb:
“İki qoçun başı bir qazanda qaynamaz. Səhnə adamı ilə evləndim. Amma bir-birimizi anlamadıq. Fikirləşirdim ki, düşüncəmiz, iş yerimiz birdir. O da sənət nümayəndəsidir. Amma belə olmadı. Ailə qurduğum insan teatrdan getdi, məni da uzaqlaşdırmaq istədi. Lakin sənət artıq qanımda idi, ata bilmədim. Bunu qəbul etmişəm ki, təkəm. Çünki sevdiyim teatrdır. İndi fikirləşirəm ki, gərək ailəmi buraxmazdım. Sənətdə də olardım, ailəmi də atmazdım. Məsələn, bir çox sənətkarın gözəl ailəsi var. Haradasa sənətlə ailə tutmur. Çox təəssüf ki, gənclərimiz sənətə görə ailəsini dağıdır. Bir insan sənət nümayəndəsi ilə ailə qurubsa, bunu qəbul etməlidir. Hansı qadın istəmir ki, başını kiminsə çiyninə qoysun, məsləhət verəni, arxası-dayağı, dağı olsun. Hansı qadın istəməz? Mən də istərdim”.

Gundelik-Baku.Org