Aybəniz Haşımovadan səhhəti ilə bağlı AÇIQLAMA

Aybəniz Haşımovadan səhhəti ilə bağlı AÇIQLAMA
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.
Müğənni paylaşımında çox halsız olduğunu və ayaqlarında şişkinlik yarandığını bildirib. 
Səhhəti ilə bağlı Aybəniz xanımla əlaqə saxladıq. Onun sözlərinə görə, vəziyyəti çox yaxşıdır və heç bir xəstəliyi yoxdur:
"Çox yaxşıyam. Ayaqlarım çoxdandır şişdir, nə var ki burada? O deməkdir ki, xəstəyəm? (gülür). Heç bir problemim yoxdur. Siz məni nə qədər sevəcəksinizsə, o qədər sağlam olacağam. Sadəcə, həddən artıq çox işlədiyimə görə yoruluram. Heç bir xəstəliyim yoxdur. Narahat olmayın".
Gundelik-Baku.Org