Argentina-Fransa finalına ev sahibliyi edən yeni şəhərin hekayəsi

Argentina-Fransa finalına ev sahibliyi edən yeni şəhərin hekayəsi
İki gün sonra (dekabrın 18-də) futbol üzrə dünya çempionatının finalında qarşılaşacaq Argentina və Fransa millilərinin oyunu Qətərin ikinci ən böyük şəhəri - Lusaildə keçiriləcək.
Maraqlıdır ki, 1990-cı illərin sonuna qədər bu şəhərin yerində ucsuz-bucaqsız səhra yerləşib.
2000-ci illərin ikinci yarısında Dohanın mərkəzindən 25 km aralıda yeni şəhərin tikintisinə başlanılıb.
Nəhəng tikinti səbəbi ilə buraya sürətlə yoxsul mühacirlərin, işçi qüvvəsinin axını başlayıb və əhalisi sürətlə artıb.
Yeni şəhər Qətər büdcəsinə 43 milyard avroya başa gəlib. Bu, Qətərin dünya çempionatının infrastrukturuna yatırdığı sərmayənin təxminən beşdə biri qədərdir.
Xatırladaq ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq Argentina-Fransa oyunu Lusail şəhərinin “Əl-Bayt” stadionda keçiriləcək.
Mənbə: Sports.ru

Gundelik-Baku.Org