"Napoli"nin prezidenti məğlubiyyət sonrası futbolçuları evə buraxmayıb

"Napoli"nin prezidenti məğlubiyyət sonrası futbolçuları evə buraxmayıb
“Napoli”nin futbolçuları “Torino”ya (0:3) darmadağından sonra evə buraxılmayıb.
Apasport.az xəbər verir ki, komanda növbəti oyuna qədər oteldə qalacaq. Bu qərarı klub prezidenti Aurelio De Laurentis verib. Futbolçuların da bu intizam tədbiri ilə razılaşdığı bildirilir.
Qeyd edək ki, son 4 turda "Napoli" 3 məğlubiyyət alıb, 1 görüşdə isə heç-heçə edib.
Gundelik-Baku.Org