Klub prezidentinin döydüyü türkiyəli hakimin müalicəsi başa çatıb

Klub prezidentinin döydüyü türkiyəli hakimin müalicəsi başa çatıb
Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler xəstəxanadan evə buraxılıb.

Yerli mətbuat xəbər verir ki, FIFA referisinin müalicəsi başa çatıb.

Ədalət təmsilçisi mətbuata açıqlama verməyib və polisin nəzarəti altında xəstəxananı tərk edib. Onun İzmirə gedəcəyi vurğulanıb.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Gundelik-Baku.Org