2 podratçı tikdikləri binaların dağıntıları altında qalaraq ÖLDÜ

2 podratçı tikdikləri binaların dağıntıları altında qalaraq ÖLDÜ
Kahramanmaraş mərkəzli zəlzələlər zamanı Diyarbəkirdə çökən 7 binanın podratçıları axtarışa verilib. 
Dağılmış binalarla bağlı Türkiyə Baş Prokurorluğun başlatdığı istintaq çərçivəsində 67 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. İndiyə qədər 15 podratçı həbs edilib, 22 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Bundan əlavə, barələrində həbs-qətimkan tədbiri seçilən Cəlal İrkörən və Halil İpekin axtarışlarına da başlanılıb.  Araşdırmalar zamanı məlum olub ki, Cəlal İrköreni və Halil İpek tikdikləri binanın dağıntıları altında qalaraq ölüblər.
Gundelik-Baku.Org