Messi 2023-cü ilin idmançısı seçildi

Messi 2023-cü ilin idmançısı seçildi
ABŞ-nin "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi "Time" jurnalının versiyasına görə ilin idmançısı seçilib.

Bu barədə nəşrin saytında məlumat verilir.

Qeyd olunur ki, 2023-cü ilin yayında Messi ABŞ klubuna keçib və payızda rekord sayılan səkkizinci dəfə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl Top" mükafatını alıb.

Xatırladaq ki, Messinin 37 yaşı var.
Gundelik-Baku.Org