Messi PSJ-dən buna görə çıxır - Səbəb AÇIQLANDI

Messi PSJ-dən buna görə çıxır - Səbəb AÇIQLANDI
PSJ-nin hücumçusu Lionel Messi parislilərlə müqavilənin uzadılması ilə bağlı hələ qərar verməyib.
Xarici KİV bildirir ki, futbolçunun hazırkı müqaviləsi gələn ilin yayında başa çatır, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununa qədər argentinalı yekun qərar verməyəcək.
Paris nəhənginin Çempionlar Liqasını növbəti dəfə tərk etməsi anlaşmanın uzadılması ilə bağlı vəziyyətə təsir edə bilər. Həmçinin bildirilir ki, ulduz hücumçu hazırda ildə təxminən 38 milyon avro olan maaşın azaldılması ilə razılaşmaq niyyətində deyil.
Daha əvvəl “İnter Mayami”nin baş məşqçisi Fil Nevill komandasının Argentina millisinin kapitanının xidmətində maraqlı olduğunu bildirmişdi.
Gundelik-Baku.Org