"Bavariya"nın oyunu qara görə təxirə salındı

"Bavariya"nın oyunu qara görə təxirə salındı
Almaniya Bundesliqasının XIII turunda "Bavariya" və "Union" komandaları arasında keçirilməli olan matç təxirə salınıb.

Buna Münhendəki əlverişsiz hava şəraiti səbəb olub.

Güclü qar ilə əlaqədar şəhərdə metro, avtobus və tramvayların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Qarşılaşmanın hansı tarixdə keçiriləcəyi isə hələlik bəlli deyil.

Qeyd edək ki, "Bavariya" - "Union" matçı bu gün Bakı vaxtı ilə saat 18:30-da başlamalı idi.
Gundelik-Baku.Org