Ali Koçdan futbolçulara İstanbul qadağası

Ali Koçdan futbolçulara İstanbul qadağası
"Fənərbağça" klubunun baş məşqçisi Jorge Jesusa bazar günü keçiriləcək prezident və parlament seçkiləri səbəbindən matçlar olmadığı üçün futbolçulara 3 gün istirahət verib.
Türkiyə mətbuatı xəbər verir ki, lakin klub prezidenti Ali Koç futbolçuların İstanbuldan çıxmasına qadağa qoyub.
Portuqaliyalı mütəxəsislə görüşdə Ali Koç "Liqa qazanmaq şansımız azalsa da, Türkiyə Kubokunu qazanacağıq", - deyə bildirib.
Daha sonra Koç bütün komandaya İstanbulu tərk etməyi qadağan edib.
O, bu qərarının dedikləri ilə əlaqəsi olmadığını bildirib.
Beləliklə, "Fənərbaxça" futbolçular 3 günlük məzuniyyət müddətində İstanbulu tərk edə bilməyəcək.
Xaricdə istirahəti üçün rezervasiya edən oyunçular planlarını ləğv etməli olublar.
Gundelik-Baku.Org