“Qalatasaray”dan “Fənərbaxça”nın oyunu ilə bağlı etiraz

“Qalatasaray”dan “Fənərbaxça”nın oyunu ilə bağlı etiraz
Türkiyənin “Qalatasaray” klubu ötən gecə Superliqada oynanılan “Antalyaspor” - “Fənərbaxça” matçının hakimliyi ilə bağlı narazılıq bildirib. 
“Qafqazinfo” xəbər verir ki, İstanbul klubunun rəmi tviter hesabı bununla bağlı paylaşım edib. 
Paylaşımda Türkiyə Futbol Federasiyasından həmin matçın VAR hakimlərinin danışıqlarının açıqlanması tələb edilib. 
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Mərkəzi Hakimlər Komitəsi “Sivasspor” - “Qalatasaray” oyununun VAR hakimi Özgüç Turkalpı yanlış qərarlarına görə hakimlikdən uzaqlaşdırıb.




Gundelik-Baku.Org