"Qarabağ" fransalı hücumçunu transfer etdi

"Qarabağ" fransalı hücumçunu transfer etdi
"Qarabağ" futbol klubu Seneqal əsilli fransalı futbolçunu transfer edib.
Bu barədə Ağdam təmsilçisi məlumat dərc edib. 
Məlumata görə, "Qarabağ" hücumçu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. 
Qeyd edək ki, Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.
Gundelik-Baku.Org