Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib - SİYAHI

Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib - SİYAHI
Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib.
Bununla bağlı məsələlər Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:
- Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi;
- Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi;
- Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi;
- Abdıyev Fuad Vilayət oğlu – Bakı şəhər Binəqədi rayon məhkəməsinin hakimi;
- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhər Binəqədi rayon məhkəməsinin hakimi;
- Bəhramzadə Sabiq Xanlar oğlu - Bakı şəhər Xəzər rayon məhkəməsinin hakimi;
- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi;
- Səmədov Rəşid Əfraim oğlu- Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi;
- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi;
- Axundova Günay Təyar qızı - Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi;
- Əyyubov Fərid İlham oğlu - Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi.
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsi hakimləri vəzifəsindən azad ediliblər:
- Kərimli İlham Əziz oğlu
- Qasımov Faiq Adil oğlu
- Məhərrəmova Şeyda Ədalət qızı.
“Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə görə,
Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov həmin məhkəmənin vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
“Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, Şəki Apelyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:
- Rəhimli Lalə Elxan qızı – Bakı şəhər Xətai rayon məhkəməsinin hakimi;
- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhər Qaradağ rayon məhkəməsinin hakimi;
- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt şəhər məhkəməsinin hakimi;
- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt şəhər məhkəməsinin hakimi;
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad olunublar:
- Quliyev Telman Osman oğlu (Mülki Kollegiyanın sədri);
- Tağızadə Gülnarə Fikrət qızı.
“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər:
- Səmədov Xaqani Hacı oğlu – Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Mehdiyev Elçin Məhəmməd oğlu – Şəki rayon Məhkəməsinin hakimi
Həmçinin, layihəyə görə, Gündüz Qasım oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
“Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasmməmmədov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediliblər.
- Həsənov Samir Firdusi oğlu – Şirvan İnzibati Məhkəməsinin hakimi;
- Əhmədov Pərviz Tərlan oğlu – Biləsuvar rayon Məhkəməsinin hakimi;
- İmanov Cahid Fehruz oğlu – Şəki Rayon Məhkəməsinin hakimi;
Həmçinin, layihəyə əsasən, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad olunublar:
- Mirzəyev Nüsrət Fətulla oğlu
- Zeynalov Zeynal Ağabala oğlu.
Layihələr hər biri səsverməyə çıxarılaraq qəbul edilib.
Gundelik-Baku.Org