Bakıda marketə saxta pul verən şəxs tutuldu

Bakıda marketə saxta pul verən şəxs tutuldu
Bakıda marketə saxta pul verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dekabrın 19-da saat 02.35-də Sabunçu rayonunun Savalan yaşayış sahəsində yerləşən marketlərin birində satıcıya 2 ədəd 200 manatlıq saxta əskinas verən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Tural Becanov olması müəyyən olunub və 14-cü Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.
Gundelik-Baku.Org