Tərtərdə evdən oğurluq edənlər saxlanıldı

Tərtərdə evdən oğurluq edənlər saxlanıldı
Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəlcədən əlbir olaraq oğurluq əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Şəhriyar Səlimzadə və Nicat Əliyev saxlanılıblar.
Onların fərdi yaşayış evindən məişət əşyası oğurladıqları müəyyən edilib.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org