Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı

Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri - F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org