Neftçalada ana və oğul dəm qazından zəhərləndilər: Ölən var

Neftçalada ana və oğul dəm qazından zəhərləndilər: Ölən var
Neftçalada ana və oğlu dəm qazından zəhərləniblər.
APA xəbər verir ki, Bəxtiyar Pirəliyev və anası Naibə Piriləliyeva evdə kustar üsulla quraşdırılmış qaz sobasından sızan qazdan zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Bəxtiyar Pirəliyev orada ölüb. Onun ölüm səbəbinin trombemboliya olduğu bildirilib. Qadının vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org