İntihar edən əsgər bir neçə gün öncə əməliyyat olunubmuş - YENİLƏNİB

İntihar edən əsgər bir neçə gün öncə əməliyyat olunubmuş - YENİLƏNİB
"Özünü asan əsgər Murad Şahbazov Kəlbəcərdə xidmət edirdi".
Bunu açıqlamasında Cəlilabad rayon Günəşli kənd icra nümayəndəsi Eldəniz Cəfərov deyib. O bildirib ki, hadisə ötən gün günorta saatlarında baş verib:
"Murad Şahbazov bir neçə gün əvvəl kor bağırsağından əməliyyat olunmuşdu. Buna görə də onu evə buraxmışdılar. Uzun müddət kənddə qalmalı idi. Başqa hər hansı problemi yox idi. 
İntiharın səbəbi hələlik məlum deyil. Ailəsi də bu barədə heç nə bilmir. Yəqin ki, məsələ ilə prokurorluq orqanları məşğul olacaq".
***
14:28
Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbi hələlik müəyyən deyil.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org