Azərbaycanlı sürücünün maşını Türkiyədə yandı

Azərbaycanlı sürücünün maşını Türkiyədə yandı
Türkiyədə azərbaycanlı sürücünün idarə etdiyi yük avtomobili yanıb.
Yerli media xəbər verir ki, hadisə Pozantı-Tarsus yolunda baş verib. Azərbaycanlı sürücü Anar Məmmədovun idarə etdiyi TIR-ın yük yeri qəflətən alışmağa başlayıb.
Məlumata görə, yük maşınında plastik xam maddə daşınırmış. Yanğın TIR yolun kənarında dayanarkən baş verib.
Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Gundelik-Baku.Org