Azərbaycanda DƏHŞƏT: Ər arvadını qətlə yetirdi

Azərbaycanda DƏHŞƏT: Ər arvadını qətlə yetirdi
Şəmkir rayonunun Könüllü kəndi ərazisində  1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 
Hazırda iş üzrə istintaq davam edir.
Gundelik-Baku.Org