Tovuzda avtomobillər toqquşub: Yaralılar var

Tovuzda avtomobillər toqquşub: Yaralılar var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb. Hərəkətdə olan iki VAZ markalı minik maşını toqquşub.
Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Gundelik-Baku.Org