Yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü

Yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü
Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
Rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Araşdırma aparılır.
Gundelik-Baku.Org