Qayçı ilə arvadının ağzını kəsdi

Qayçı ilə arvadının ağzını kəsdi
Kurqan vilayətində kişi mətbəx qayçısı ilə arvadına xəsarət yetirib.
Rusiya mediası bildirir ki, kişi mübahisə zamanı arvadını qayçı ilə kəsərək cəzalandırmaq istəyib. Bu məqsədlə arvadının başından tutub və ona xəsarət yetirməyə başlayıb.
Nəticədə həkimlər qadına ağız boşluğunun selikli qişasının zədələnməsi, üzündə sıyrıqlar və qançırlar diaqnozu qoyublar.
Kişi günahını etiraf edib və qadına zərər vermək istəmədiyini, sadəcə kobudluğa cavab olaraq onu qorxutmaq niyyətində olduğunu bildirib. O, 10 ay islah işləri cəzasına məhkum edilib və maaşının 10%-i məbləğində cərimələnib.
Gundelik-Baku.Org