Boşanmaq istəyən arvadını qaçırdı, zorlayıb öldürdü

Boşanmaq istəyən arvadını qaçırdı, zorlayıb öldürdü
Rusiyada 37 yaşlı kişi arvadını qaçırmaq, zorlamaq və öldürməkdə təqsirli bilinib.
Yerli media bildirir ki, hadisə Moskva vilayətində baş verib. Müəyyən edilib ki, kişi boşanmaq ərəfəsində olduğu arvadının işdən çıxmasını gözləyib. Sonra maşını onun arxasınca sürüb və arvadını zorla avtomobilin salonuna basıb.
Daha sonra kişi qadını Volokolamskdakı evə apararaq zorlayıb və arvadını boğaraq hadisə yerindən qaçıb.
Həmin şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Gundelik-Baku.Org