Moskvada kişi körpəsi ilə mağazaya daxil olan qadını amansızlıqla döydü

Moskvada kişi körpəsi ilə mağazaya daxil olan qadını amansızlıqla döydü
Rusiyanın paytaxtı Moskvada ərzaq mağazasında işləyən kişi körpə uşaqla marketə daxil olan qadına hücum edərək ona zərbələr endirməyə başlayıb.
Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
Mağazada baş verən insidenti görən digər satıcılar qadına kömək etməyə çalışıblar.
Qısa müddət sonra məlum olub ki, kişinin döydüyü qadın onun həyat yoldaşıdır.  
Artıq kişi saxlanılıb. Onun psixiatriya mərkəzində qeydiyyatda olduğu müəyyənləşib.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

Mənbə: İzvestiya
Gundelik-Baku.Org