Sevgilisinə sataşan çılpaq kişini döyə-döyə öldürdü

Sevgilisinə sataşan çılpaq kişini döyə-döyə öldürdü
Başqırdıstanda kişi sevgilisinə sataşan adamı öldürüb.
Rusiya mediası bildirir ki, hadisə Blaqoveşensk rayonundakı bağların ərazisində baş verib. Gecə saatlarında kişi sevgilisinin qışqırtısını eşidib. Səsə çıxan kişi görüb ki, başqa bir çılpaq kişi sevgilisinə sataşır. Həmin şəxs bir əli ilə özünün cinsiyyət orqanına, digəri ilə qadına toxunub.
Kişi həmin şəxsə hücum edərək onun başına 5 zərbə endirib. Bundan sonra o, çılpaq kişini evin ikinci mərtəbəsindən aşağı atıb və döyməyə davam edib. Aldığı xəsarətlər nəticəsində zərərçəkən hadisə yerində ölüb.
Kişi günahını qismən etiraf edərək, təcavüzkara ağır xəsarətlər yetirmək və onu öldürmək istəmədiyini izah edib. Lakin məhkəmə təqsirləndirilən şəxsi qəsdən sağlamlığa ağır, insan həyatı üçün təhlükəli, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan xəsarət yetirməkdə təqsirli bilib və 7 il müddətinə azadlıqdan məhrum edib.
Gundelik-Baku.Org