Azərbaycanlı qadını gözəlləşdirə bilməyən həkimə cinayət işi AÇILDI - FOTO

Azərbaycanlı qadını gözəlləşdirə bilməyən həkimə cinayət işi AÇILDI - FOTO
Türkiyədə azərbaycanlı qadın həkimi məhkəməyə verib.
Yerli media bildirir ki, 43 yaşlı Aysel Xəlilova İstanbul şəhərində estetik əməliyyat etdirmək üçün həkim professor Murat T. ilə razılaşıb. Razılaşmaya əsasən, Xəlilovanın liposaksiya və sinə kiçiltmə əməliyyatı 2022-ci ilin avqustun 22-də baş tutub.
Əməliyyat zamanı qadının qarın piyləri götürülüb və sinəsi 3 ölçü kiçildilib. Həkim əməliyyatın uğurla başa çatdığını deyib. Əməliyyatdan sonra palataya köçürülən Aysel Xəlilovanın ağrıları get-gedə artmağa başlayıb. Artıq keyitmə dərmanlarla yatan Xəlilova, bu vəziyyətin normal olduğu bildirilərək evə buraxılıb.
Evə buraxıldıqdan sonra ağrılardan əziyyət çəkən qadının qarnındakı əməliyyat yeri partlayıb, qarın altı tikiş yerində iltihab əmələ gəlib. Sinəsinin forması isə dəyişib. Xəstəxanaya gedən qadına təkrar əməliyyat olunması bildirilib. Həkimin diqqətsiz davranışı səbəbilə uzun müddət ağrı çəkən Xəlilova, sinəsinin də istədiyi formada olmadığını görüb.
Bu səbəblə prokurorluğa müraciət edən qadın, həkimin onu yaraladığını, əməliyyat səbəbilə bədənində qalıcı izləri və xəsarətlər olduğunu, yenidən əməliyyat keçirilməsinin lazım olduğunu iddia edərək şikayət edib.
Faktla bağlı cinayət işi başlanıb.
Gundelik-Baku.Org