Xatun: “Əməliyyat olunmayan adama millət birtəhər baxır”

Xatun: “Əməliyyat olunmayan adama millət birtəhər baxır”
“Pəhriz saxlamadığıma görə, gördüm ki, o yanayam. Müəyyən bölgələrə piy toplandı və qərara aldım ki, əməliyyat olunmalıyam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva deyib.
Oğlu Adilin toyundan əvvəl bıçaq altına girib, bədənşəkilləndirmə əməliyyatı keçirən sənətçi cərrahi müdaxilədən sonra arıqladığını dilə gətirib:
“Əməliyyatdan sonra özümü çox yaxşı hiss edirəm. Əməliyyatlarla bağlı düşmüşük burulğana. Əməliyyat olunmayan adama millət birtəhər baxır. Əməliyyatdan sonra yeddi kiloqram çəki atdım”.
Gundelik-Baku.Org