Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında Naxçıvan şəhərində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Yevlax rayon Aşağı Bucaq kənd sakini Abbas Vidadi oğlu Abbaszadəni vurub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org