Binəqədidə avtomobil piyadanı vuraraq ayağını sındırdı

Binəqədidə avtomobil piyadanı vuraraq ayağını sındırdı
Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Nəsirova Solmaz Qələmmirzə qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
Gundelik-Baku.Org