Naxçıvanda türkiyəli tələbələr arasında dava: Yaralananlar var

Naxçıvanda türkiyəli tələbələr arasında dava: Yaralananlar var
Naxçıvanda türkiyəli tələbələr arasında dava olub.
Apa xəbər verir ki, hadisə zamanı iki türkiyəli tələbə xəsarət alıb.
Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbələri, Türkiyə vətəndaşları 1999-cu ill təvəllüdlü Umut Ziyam Dostoğlu və 1999-cu il təvəllüdlü Saleh Engi Abdullrahman baş verən davada xəsarət alıblar. Onlar döyülmə faktı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org