Azərbaycanda qadının evinə basqın - Əl-qolunu bağlayıb, yataq otağında...

Azərbaycanda qadının evinə basqın - Əl-qolunu bağlayıb, yataq otağında...
Ucar rayonunda maskalı şəxslər qadının evinə basqın edib.
Rayon sakini Nurayya Həsənova fevralın 4-də evinə basqın olması barədə polisə ərizə ilə müraciət edib.
O, yaşadığı evdə tək olduğu vaxt üzündə qara maska olan iki nəfərin basqın etdiyini və ǝl-qolunu yapışqan lentlə bağlayıb, yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmələrinə əsaslı şübhələr müəyyən edilən Müşfiq Kərimov və Cavanşir Kərimov şübhəli şəxs qismində tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org