Bakıda qadın ərini BALTALADI

Bakıda qadın ərini BALTALADI
Bakıda qadın ərinə balta ilə xəsarət yetirib.
Hadisə yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü Lalə İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb. C.İmaşov xəstəxanaya yerləşdirilib. Ərinə xəsarət yetirən L.İmaşova isə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanıb.
Gundelik-Baku.Org