Bakıda kirayədə yaşayan üç nəfər dəm qazından zəhərlənib, ölən var

Bakıda kirayədə yaşayan üç nəfər dəm qazından zəhərlənib, ölən var
Bakıda üç nəfər dəm qazından zəhərlənib, onlardan biri dünyasını dəyişib.
“Report”un xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan, 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Gundelik-Baku.Org