Yanacaqdaşıyan avtomobilin partlaması ilə bağlı yeni təfərrüatlar

Yanacaqdaşıyan avtomobilin partlaması ilə bağlı yeni təfərrüatlar
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
FHN Mətbuat xidmətin verilən məlumata görə, yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KAMAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində baş verib. Yanğın nəticəsində yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Hadisə nəticəsində Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.
“Kamaz” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org