“Windows 10”un son yenilənməsində UĞURSUZLUQ

“Windows 10”un son yenilənməsində UĞURSUZLUQ
“Microsoft” şirkəti “Windows 10”un son yenilənməsindəki uğursuzluğu etiraf edib.
Xarici media xəbər verir ki, rəsmilər KB5021233 əməliyyat sistemi yeniləməsinin BSoD-a (mavi ekran ölümü) səbəb ola biləcəyini açıqlayıb.
Problem əsasən “hidparse.sys” sistem sənədinin “system32/drivers” kataloqunun digər faylları ilə uyğunsuzluğu səbəbindən yaranıb.
“Microsoft” sözçüləri problemi aradan qaldırmaq üçün işlədiklərini bildiriblər. 
Gundelik-Baku.Org