Fillər kəndlilərin hazırladığı içkinin təsirindən yatdılar

Fillər kəndlilərin hazırladığı içkinin təsirindən yatdılar
Hindistanda 24 fil kəndlilər tərəfindən evdə hazırlanmış spirtli içkini içiblər. 
"Daily Mail" xəbər verir ki, içkinin təsirindən sərxoş olan fillər nəticədə yerə yıxılaraq yuxuya gediblər.
Məlumata görə, heyvanlar Şərqi Odişa ştatının cəngəlliklərində gəzərkən madhuca longifolia ağacının çiçəklərindən hazırlanmış ənənəvi muhua içkisi ilə doldurulmuş böyük gil qablara rast gəliblər.
Yerli sakinlər heyvanları yuxudan oyada bilməyiblər. Fillər yalnız vəhşi təbiət idarəsinin əməkdaşları tərəfindən oyandırılaraq meşəyə aparılıblar. 
Sakinlərdən biri qeyd edib ki, oxşar hadisə əvvəllər də baş verib. 
"Onlar bunu (içkini) sevirlər. O, təmiz, dadlı və güclüdür". , - vildlife SOS-un icraçı direktoru Kartik Satyanarayan bildirib. Onun sözlərinə görə, bəzi fillər muhuaya aludə olublar və çılğın şəkildə spirtli içki axtarmağa başlayıblar.
Gundelik-Baku.Org