Fransa səfirliyinə ölü siçan və hörümçək göndərildi

Fransa səfirliyinə ölü siçan və hörümçək göndərildi
Fransanın Rusiyadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib.
Bu haqda "RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, paket səfirliyə keçən həftə gəlib. Bağlamanı göndərən şəxs Krımdan olan Notariani adı ilə siyahıya salınıb.
Səfirlik hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib.
Gundelik-Baku.Org