İndoneziyada bütün şərbətlər qadağan edilib

İndoneziyada bütün şərbətlər qadağan edilib
Qambiyada öskürək siroplarının 70-ə yaxın uşağın ölümündən bir neçə həftə sonra səlahiyyətlilər İndoneziyada bəzi şərbətlərin 99 uşağı öldürdüyünə dair şübhələr əsasında hərəkətə keçdilər. Bəzi şərbətlərin kəskin böyrək çatışmazlığı ilə əlaqəsi aşkar edildikdən sonra hökumət ölkədə istifadə olunan bütün şərbət və maye dərmanların satışını və reseptini qadağan etdi. İndoneziyanın Səhiyyə Naziri Budi Qunadi Sadakin, "Kəskin böyrək çatışmazlığı olan 5 yaşından kiçik uşaq xəstələrinin istifadə etdiyi bəzi şərbətlərin tərkibində olmamalı və ya olması lazım olan etilen qlikol və dietilen qlikol miqdarından daha çox olduğu sübut edilmişdir" dedi.
Gundelik-Baku.Org