Virus infeksiyalarına qarşı dərman qəbul edən 15 uşaq öldü

Virus infeksiyalarına qarşı dərman qəbul edən 15 uşaq öldü
Özbəkistanda 15 uşaq Hindistanda istehsal olunan kəskin respirator virus infeksiyalarına qarşı dərmanı qəbul etdikdən sonra ölüb. 
“Report” xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Söhbət sirop və və tablet şəklində satılan “Doc-1 Max” dərmanından gedir.
Son iki ayda 21 xəstə ağırlaşmalardan şikayət edib. Əksəriyyətində anuriya (sidiyin ayrılmaması xəstəliyi) olub.
“17 uşaqda xəstəlik son dərəcə ağır keçib, onlar bir neçə seans hemodializdən keçməli olublar. 15 ölüm hadisəsi qeydə alınıb”, - Səmərqənd Regional Uşaq Tibb Mərkəzinin direktorunun Səhiyyə Nazirliyinə yazdığı məktubda deyilir.
Nazirlik məktubun həqiqiliyini təsdiqləyib.
Dekabrın 22-dən Özbəkistanda bu dərmanın satışı dayandırılıb, komissiya hadisənin səbəblərini araşdırır.
Gundelik-Baku.Org