“Avatar” MDB-də liderdir

“Avatar” MDB-də liderdir
Rejissor Ceyms Kemeronun çəkdiyi “Avatar: Su yolu” filmi Rusiya və Belarus istisna olmaqla, MDB ölkələrində yenidən kassada birinci olub.
Bu həftəsonu 110,4 milyon rubl (3 milyon manata yaxın) gəlir əldə edib.
Qeyd edək ki, film dekabrın 16-da nümayiş olunub. Bu, “Avatar” filminin davamıdır.  Yeni ailəsi ilə Pandora planetində yaşayan və yeni evini yer kürəsinin hücumundan qorumalı olan baş qəhrəman Ceyk Sullinin həyatından bəhs edir.

Gundelik-Baku.Org