Bu əyalətdə gündə 1 milyon insan koronavirusa yoluxur

Bu əyalətdə gündə 1 milyon insan koronavirusa yoluxur
Çinin Şanxayın yanında yerləşən  Zhejiang əyalətində hər gün təxminən 1 milyon yeni koronavirus infeksiyası qeydə alınır.
Bu barədə “ Reuters” əyalət hökumətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yaxın günlərdə COVID-19-a yoluxanların sayı iki dəfə arta bilər.
"Təxmin edilir ki, Zhejiangda infeksiyanın pik nöqtəsi daha erkən gələcək və Yeni il ətrafında yüksək səviyyələr dövrünə girəcək, bu müddət ərzində gündəlik yeni infeksiyaların sayı 2 milyona çatacaq" .
Dekabrın 24-də Bloomberg, Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasının məlumatlarına istinadən, Çində bu həftə hər gün təxminən 37 milyon insanın koronavirus infeksiyasına yoluxduğu bildirilib. Qeyd olunub ki, dekabrın ilk 20 günündə ölkədə COVID-19 248 milyon çinlidə aşkarlanıb ki, bu da əhalinin demək olar ki, 18%-nə bərabərdir. Bundan əvvəlki gündəlik rekord 2022-ci ilin yanvarında dörd milyon nəfərlə müəyyən edilmişdi.
Bundan əvvəl South China Morning Post yazıb ki, Çində koronavirusa yoluxma hallarının pik həddi, mütəxəssislərin fikrincə, gələn ilin yanvarında olacaq.
Gundelik-Baku.Org