Qışın sevilən 10 filmi

Qışın sevilən 10 filmi
Əgər qış fəsli “Mənim sevimli mövsümümdür” deyirsinizsə, o zaman bu yazıda qeyd edəcəyimiz filmlər də ürəyinizcə olacaq.
Soyuq qış günlərində içinizi isidəcək 10 filmi təqdim edirik:
1. “Groundhog day”

Ekran işində eqoist bir hava proqnozu aparıcısı olan Fil təkrar-təkrar eyni günə oyanmağa başlayır. Kiçik bir şəhərdə girdiyi bu sonsuz döngə onun yolunu tamam başqa istiqamətə aparacaq.
2. “Before we go”

Bu film isə bir-birini tanımayan iki yad insanın son qatara çatmaması və Manhetten küçələrində yollarının kəsişməsindən bəhs edir. Bu iki yad adam bir-biriylə bəzi sirlərini bölüşərkən, emosional olaraq da yaxınlaşacaqlar.
3. “The holiday” 

Ən ikonik qış  layihələrindən biri də “The holiday”dır. Romantik komediya janrında olan bu ekran işi kişilərlə problemli münasibətlər yaşayan və fərqli ölkələrdən olan iki qadının evlərini dəyişməsi, daha sonra orada yaşadıqları sevgidən bəhs edir.
4. “Snow day”

Bu film Nyu-Yorkda tələbələrin əyləncəli hekayəsindən bəhs edir. Gözlənilməz qarın yağması səbəbindən şəhər yolları bağlandığı zaman bir qrup şagird məktəbin yenidən açılmasının qarşısını almaq üçün əllərindən gələni edir.
5. “Harry Potter”

Ümumi 8 filmdən ibarət olan seriyaları izləmək üçün bir neçə günlük qış tətili kifayətdir. Hoqvarts məktəbinin macəralarını və dostluq, ailə, sevgi ilə sınanan gənclərin hekayəsini izləməkdən yorulmayacaqsınız. 
6. “l, Tonya”

İddialı fiqurlu konkisürən Tonya Hardinqin tərcümeyi-halı kimi hazırlanan film, Marqot Robbinin bənzərsiz aktrisalığı ilə daha da taclanır. Uğurlu idmançının hekayəsini və çoxlu buz meydançası mənzərəsini özündə əks etdirən layihə qış üçün idealdır. 
7. “I’m thinking of ending things”

Çarli Kaufmanın çəkdiyi film Lain Ridin eyniadlı romanından uyğunlaşdırılıb. Psixoloji janrda olan layihə qış fəslini əks etdirməklə yanaşı dialoqları ilə də tamaşaçıları heyran edir.
8. “İce princess”

Gənc qızın fiqurlu kankisürmə xəyallarından bəhs edən film qış ab-havasını da yaşadır. Onu da əlavə edək ki, baş rolu canlandıran Mişel Traxtenberq indiyədək heç vaxt konki sürməyib və sırf bu layihə üçün 10 ay ərzində pəşəkar olaraq bu idmanı öyrənib.
9. “Winter's tale”

Bu layihə sirlərlə dolu bir sevgidən bəhs edir. Peter uğurlu oğrudur. Yeni bir oğurluq üçün onun yolu Beverlinin evinə düşür. Beverli onun qucağında ölsə də, Peter tezliklə reinkarnasiya bacarığına sahib olduğunu kəşf edir və sevdiyi qadını həyata qaytarmağın yollarını axtarır.
10. “Little Women”

Ekran işi boyunca bir çox fəsillərlə şahid olsaq da, qəlbləri isidən hekayəsi layihəni bizə qış filmi kimi tövsiyə edir.
Gundelik-Baku.Org