Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri Qorlovkada həkimləri qan verməyə məcbur ediblər”

Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri Qorlovkada həkimləri qan verməyə məcbur ediblər”
Ukraynanın Qorlovka şəhərində Rusiya hərbçiləri üçün donor çatışmazlığı səbəbindən ukraynalı həkimləri qan verməyə məcbur ediblər”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat verib.
“Rusiya müharibədə itkilər verməkdə davam edir. Belə ki, son zamanlar Luqansk vilayətinin Starobelsk şəhərində 50-yə yaxın ağır yaralı rusiyalı hərbçi rusiyalılar tərəfindən təchiz edilmiş hərbi hospitala çatdırılıb. Donetsk vilayətinin Qorlovka şəhərində donor qanı çatışmazlığı səbəbindən bütün tibb müəssisələrinin əməkdaşları qrafikə uyğun olaraq qan verməyə məcbur ediliblər”, - deyə məlumatda qeyd olunub.
Mənbə: UNİAN
Gundelik-Baku.Org